TOP 10

“Neftçi” “Qarabağ”la oyun üçün hazırlığa başladı

Futbol
Tarix: 2019-09-10 20:44

“Neftçi” hazırlığı bərpa edib. Sport24.az xəbər verir ki, bir günlük fasiləyə buraxılmış komanda bu gün öz bazasında məşqə çıxıb. 


Məşqdə milli komandanın düşərgəsindən qayıtmış futbolçulardan Emin Mahmudov da iştirak edib. Millinin digər üzvləri – Səlahət Ağayev, Anton Krivotsyuk və Ömər Buludov sabahdan məşqlərə qoşulacaqlar. Müalicəsini başa vurmuş Soni Mustivar isə fərdi hazırlaşıb. Hazırlıq sabah bir məşqlə davam edəcək.


Xatırladaq ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:30-da start veriləcək.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB