TOP 10

Oqtay Abdullayev Nazim Süleymanova səsləndi: “Bəlkə sənə köməyim dəyəcəkdi!?”

Futbol
Tarix: 2019-09-10 19:19

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sabah baş tutacaq təsis konfransıyla bağlı qurumun sədri Nazim Süleymanovdan açıqlama aldıqdan sonra Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev redaksiyamızla əlaqə saxlayaraq, tribuna istədi. Sport24.az-a açıqlama verən Abdullayev bunları bildirdi: 

“Nazim Süleymanov qurumunu yeni yarananda, ona 3 dəfə zəng etdim. İlk zəngimdə soruşdum ki, deyirlər, mənə qarşı alternativ nəsə yaradırsan, bu, nə məsələdi? O isə belə şeyin olmadığını dedi. Həmin vaxt Moskvada idim, Bakıya qayıdandan sonra görüşməyi təklif etdim​ ​ Gəldim, 2-ci dəfə zəng edəndə, yenə dedi ki, heç nə yoxdu, görüşümüz baş tutmadı. Sonra gördüm ki, hansı bölgəyə görüşlərə gedir, məndən yazdırır. Üçüncü dəfə zəngdə bunun səbəbini soruşdum ki, səbəbi nədi. Hər ikimiz indiyədək bir-birimizi​ dəstəkləmişik. Bəlkə, sənə köməyim dəyəcəkdi!? Sənə bir futbolçu kimi böyük hörmətim var. Ancaq veteranlarla bağlı qurum yaradırsansa, bunun mənə təsiri yoxdursa, bəlkə sənə​ köməyim dəyəcəkdi?”

Abdullayev bu yaxında keçirilən konfranslarında Süleymanovun iştirak etdiyini diqqətimizə çatdırdı: “Ora gəlmişdin, çıxıb deyərdən sözlərini, iradlarını. Mən hamıdan ağıllı deyiləm ki... Hər bir insanın səhvi var, o cümlədən mənim. Ancaq konfransda da özünə dedim​ ki, səhvim varsa, bunu​ mətbuat vasitəsilə demək lazım deyil, gəlin, bir-birimizə hörmət edək. Ona görə biz - veteranları sevmirlər ki, mətbuat vasitəsilə bir-birimizə qarşı çıxırıq. Gəlin, səhvlərimizi üzbəüz söhbətdə deyək. Mətbuatda deyib ki,​ veteranların işindən narazıdı. Narazısansa, niyə bunu konfransda demirsən? Səni bütün tədbirlərə dəvət etmişəm, ad gününü Vladiqafzadqa keçirdik, veteranları ora apardıq. Bundan əlavə, Moskva və Tiflisə də birgə səfərlərimiz olub. Nəyimdən narazısan, denən bilim...Mənə qarşı çıxmaq​ istəyirsənsə, o başqa məsələ. Bu söhbətdən sonra​ nə qədər dedim​ görüşək,​ imtina etdi. Arazmızda nəsə problem olsaydı, bilərdim mənə qarşı belə münasibətinin səbəbini”.

Qurum sədri sabahkı tədbirə dəvət alsa belə, getməyəcəyini dilə gətidi: "Tədbiri bu gün fikirləşib, sabah keçirmir ki.​ Gərək veteranlar veteranlara hörmət etsin. Nəyi sübut etmək istəyir, bilmirəm. Hansı veteran yaxınlaşıb, ona bacardığım köməyi etmişəm, dəstəyi göstərmişəm, narazı yola salmamışam. Buna görə veteranların çoxu mənim ətrafımdadı. Onların çoxu bilmir ki, sabah belə konfrans keçiriləcək”.​

 

Məsələylə bağlı AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadovun da mövqeyini soruşduq. Cavadovun cavabı belə oldu:  “Xəbərim yoxdur ki, nə konfransdı, kimlər iştirak edəcək. Mənə heç kim, heç nə deməyib. Bundan sonra olsa belə, ora getmərəm”.


 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB