TOP 10

Nazim Süleymanov: “Bunu edən bir təşkilat olmalıdı axı”

Futbol
Tarix: 2019-09-10 18:56

Sabah Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının (AFİAHİ) təsis konfransı keçiriləcək. Tədbirlə bağlı Sport24.az-a açıqlama verən təşkilatın rəhbəri Nazim Süleymanov qurumun məramı barədə danışdı.

 

Veteran futbolçu əvvəlcə AFİAHİ-nin məqsədindən söz açdı: “Təşkilatımız Azərbaycan futbolunun inkişafına xidmət edəcək, bu idman növündə işləmiş və hazırda çalışan insanların hüquqlarını qoruyacaq”.

 

Maraqlıdı sabahkı konfransda hansı futbol veteranları olacaq? Süleymanovu dinləyək: “Qurumumuza üzv olan veteranlar sabahkı tədbirdə iştirak edəcək”.

 

Yeni qurumun rəhbərinin sözlərinə görə, AFİAHİ Azərbaycan Futbol Veteranları İttifaqına (AFVİ) alternativ qurum kimi yaradılmır: “ Bu təşkilatlar ayrıdırlar. Mən özüm veteranam və AFVİ-nin üzvüyəm. Futbolda çalışan, çalışmış o qədər vəzifə sahibi var ki - həkim, masajçı, inzibatçı və s. - bunların haqq və hüquqlarını kim qorumalıdı? Bunu edən bir təşkilat olmalıdı axı”.

 

Həmsöhbətimiz sonda elə həmin AFVİ, yaxud AFFA İcraiyyə Komitəsinə daxil olan tanınmış futbol veteranlarımıza dəvət göndərilib-göndərilməməsinə dair sualımıza da aydınlıq gətirdi: “Xeyr, fərdi qaydada belə bir dəvət gondərməmişik. Biz ali futbol qurumu - AFFA-ya bu barədə məlumat vermişik və dəvət ermişik”.
 

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB