TOP 10

Penaltini qaçırdığına görə evini daşa basdılar

Dünya Futbolu
Tarix: 2019-09-10 20:30

Syerra Leone yığmasının kapitanı Umaru Banqura DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Liberiyaya qarşı keçirdikləri oyunda penaltini qaçırdığı üçün xoşagəlməz aqibətlə üzləşib. Sport24.az xəbər verir ki, azarkeşlər buna görə onun evini daşa basıblar.


Səfərdə baş tutan ilk oyunda 1:3 hesabıyla uduzan Syerra Leone yığması, doğma meydandakı cavab görüşündə 1:0 öndə olarkən 90+5-ci dəqiqədə penalti vurmaq hüququ qazanıb. Amma topa yaxınlaşan millinin 31 yaşlı kapitanı bu şansdan yararlana bilməyib. Nəticədə, onun komandası mübarizəni dayandırıb, Liberiya isə növbəti mərhələyə yüksəlib.


Bundan qəzəblənən azarkeşlər isə acıqlarını onun evini daş-qalaq etməklə çıxıblar. Hadisə nəticəsində onun evinin pəncərələri və qapısı tamamilə yararsız hala düşüb.


Banqura başına gələnləri BBC-yə belə izah edib: “Həyatımın ən pis günlərindən biri. Mən kapitan olaraq işimi gördüm. Bu qədərini gözləmirdim. Evdən bayıra çıxa bilmirəm. Baş verənlərə görə çox üzgünəm. Eyni zamanda hər kəsdən üzr istəyirəm”.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB