TOP 10

AFFA idman ləvazimatları ilə bağlı tender elan edir

Futbol
Tarix: 2019-09-10 19:00

2019-2020-ci il futbol mövsümü üçün liqalar, “Coca-Cola Məktəbli Kuboku" və Region Liqası üçün forma və ləvazimatların alınması ilə bağlı AFFA tender elan edir.
Alınmalı malların siyahısı ilə aşağıdakı keçiddən istifadə edərək tanış ola bilərsiniz:

 

Malların siyahısı (http://www.affa.az/files/19422/971/48/2/7_0/Mallar%C4%B1n+siyah%C4%B1s%C4%B1.pdf)

 

Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

 

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən malların 10.10.2019 tarixinədək təhvil veriləcəyinə dair zəmanət məktubunu 25.09.2019-cu il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilər.

 

Əlavə suallarla bağlı tender@affa.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

 

 

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB