TOP 10

Bakıda “Məşqçilər üçün peşəkarlıq təlimləri” keçirilib

Futbol
Tarix: 2019-09-10 18:00

AFFA və UNICEF “Qızlar bacarır” kompleks kommunikasiya layihəsi çərçivəsində “Məşqçilər üçün peşəkarlıq təlimləri” başa çatıb. Sport24.az xəbər verir ki, ADBTİA-nın və UNİCEF-in təyin etdiyi beynəlxalq mütəxəssislər tərəfindən AFFA-nın inzibati binasında keçirilən təlimlərdə ümumilikdə Bakı üzrə 179 məşqçi iştirak edib. 

 

Tədbirdə UNİCEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi Edvard Carvardine və UNİCEF-in Gənclər və Gənclərin Proqramlarının inkişafı üzrə eksperi Natiq Umarov da iştirak edib.

 

Xatırladaq ki, Bakı və 7 müxtəlif regiondan 517 məşqçi üçün nəzərdə tutulan təlimlər ilk dəfə avqustun 9-da Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB