TOP 10

Vida Bakıdakı xal itkisinə görə azarkeşlərdən üzr istədi: "Bu nəticədən faciə düzəltməyək"

Futbol
Tarix: 2019-09-10 17:16

Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla oyundan (1:1) sonra açıqlama verib. Sport24.az xəbər verir ki,  "Beşiktaş"ın futbolçusu yaxşı oyun keçirdiklərini söyləyib: "Penaltidən fərqləndikdən sonra 3-4 qol imkanımız oldu. Təəssüf ki, bundan istifadə edə bilmədik. İkinci hissədə rəqib hesabı bərabərləşdirdi. Layiqli heç-heçə qeydə alındı. Bundan faciə düzəltməyək".

 

Vida azarkeşlərindən üzr istəyib: "Onlara Bakıya gələrək bizə dəstək olduqları üçün təşəkkür edirik. Deməzdim ki, oyuna nəzarət edə bilmədik. Bakıdakı görüşün ilk hissəsində 2 qol vura bilsəydik, Slovakiya ilə matçı təkrarlaya bilərdik. Bu futboldu, hər şey olduqca maraqlıdı. Onlara 1 xal verdik, əvəzində 2 xal itirdik. Hazırda bizə Macarıstanla keçirəcəyimiz oyun daha çox maraqlıdır".

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB