TOP 10

Ozobiç xorvatlara komanda yoldaşlarından danışdı: "Onlar Xorvatiya çempionatında çıxış edə bilər"

Futbol
Tarix: 2019-09-10 16:10

“Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç öz ölkəsinin mətbuatına açıqlama verib. Sport24.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi əvvəlcə Azərbaycandakı durumu haqda danışıb: “2016-cı ildən bu ölkədəyəm. Əvvəlcə “Qəbələ”də oynayırdım, indi isə “Qarabağ”da. Burda özümü rahat hiss edirəm. Bakı gözəl şəhərdi. Bakı Olimpiya Stadionunda 70 minə yaxın azarkeşin izlədiyi matçda “Arsenal”a qarşı oynadıq. 0:3 hesabıyla məğlub olduq. Londonda isə 0:1 hesabıyla uduzduq. “Arsenal”a qarşı güclü müqavimət göstərdik və şanslarımızı yoxladıq”.

 

Ozobiç millimizin də üzvləri olan komanda yoldaşları Riçard Almeyda və Mahir Emrelinin Xorvatiya çempionatında oynaya biləcək səviyyədə olduğunu deyib: “Güclü komanda yoldaşlarım var. Xüsusilə Almeyda və Mahir, onlar Xorvatiya çempionatında çıxış edə bilər. Artıq iki ildir ki, ardıcıl Avropa Liqasında qrup mərhələsinə çıxırıq. Bu, yaxşı göstəricidir”.

  • Tags
19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB