TOP 10

Nazir müavini yığma üzvləri ilə görüşdü

Güləş
Tarix: 2019-09-10 15:27

Bu gün Gənclər və İdman Nazirliyinin (AGİN) rəsmiləri Olimpiya Güləş Mərkəzində olub. Sport24.az xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilərlə görüşüb.


Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərimizin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını dilə gətiriblər.


Qeyd edək ki, yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçilərimiz sabah Qazaxıstana yollanacaq. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə çıxacaq.

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB