TOP 10

İK üzvü millimizin oyununa yüksək qiymət verdi: "Güclü rəqibdən heç də geri qalmadıq"

Futbol
Tarix: 2019-09-10 15:00

"Hesab edirəm ki, son dünya çempionatının gümüş medalçısı ilə heç-heçə oynamaq çox yaxşı nəticədi". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin (İK) üzvü Firudin Qurbanov deyib.

 

Millimizin AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasıyla "Bakcell Arena"da 1:1 hesablı bərabərliyə qaldıqları matçı dəyərləndirən qurum təmsilçisi millimizin nəticəni göstəridiyi yaxşı oyunla qazanmasına xüsusi diqqət yetirib: "Futbolçularımız böyük həvəslə oynadılar. Eyni zamanda böyük ustalıq da göstərdilər. Yəni, güclü rəqibdən heç də geri qalmadılar. Xorvatiya yığması dünyada ən güclülərdən biridi. Bu millidə olan futbolçular Avropanın ən güclü klublarında oynayırlar. Bunları nəzərə alaraq, yığmamızın bu qarşılaşmada oyununu yüksək qiymətləndirirəm. Klublarımız da yavaş-yavaş Avropa səviyyəsində yaxşı oyun nümayiş etdirməyə çalışırlar. "Qarabağ"ın yenə Avropa Liqasında qrupa düşməsi yaxşı nəticədi".

 

 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB