TOP 10

Azərbaycan DÇ-də 3 atletlə təmsil olunacaq

Digər
Tarix: 2019-09-10 14:28

Sentyabrın 18-dən 27-dək Tailandın Pattaya şəhərində ağır atletika üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı keçiriləcək.  Sport24.az xəbər verir ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
 

Çempionatda Azərbaycan yığma komandasının üç üzvü də iştirak edəcək. Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında aşağıdakı idmançılar körpücük üzərinə çıxacaqlar:


Qadınlar: Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq);


Kişilər: Nailxan Nəbiyev (96 kq).

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB