TOP 10

Xəlilzadə Messiylə müqayisə olundu: "Qapımıza onun kimi gözəl qol vurdu"

Futbol
Tarix: 2019-09-10 14:00

"Qələbə üçün çox böyük şanslarımız olsa da, qol imkanlarından yararlana bilmədik. Buna rəqib qapıçı imkan vermədi. O, möhtəçəm idi. Sonradan Azərbaycan yığması daha sərbəst çıxış etdi. Biz isə çıxması çətin olan vəziyyətə düşdük". Sport24.az xəbər verir ki, bu fikirləri Xorvatiya yığmasının futbolçusu Nikola Vlaşiç Bakıda Azərbaycan milli komandası ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra deyib.

 

Rusiya MOİK-ində çıxış edən gənc yarımmüdafiəçi işləri özlərinin çətinə saldığını bildirib: "Yekunda rəqib möhtəşəm qol vurdu. Həmin adamın isə Lionel Messi olduğu ortaya çıxdı. O, qapımıza Messi kimi gözəl qol vurdu. Söyləmək nə qədər də çətin imiş. Çox məyus olduq. Əvvəllər də millimiz burada xal itirmişdi. Meydan sahibləri qanadlanmışdılar. Daha 2 qol vursalar da, sayılmamışdı. Məyusuq, amma hər şey öz əlimizdədi".

 

Vlaşiç qapıçımız Emil Balayevin çıxışından da danışıb: "Zərbələrimizdən biri tam hədəfə doğru gedirdi. Amma o, topu tutdu. Rəqib qapıçı həmişə lazımi yerdə idi. Sadəcə, özümüz-özümüzü belə vəziyyətə çatdırdıq. Baş məşqçimiz bizə oyuna köklənməyi və ehtiyatlı olmağı tapşırmışdı. Amma asan işimizi çətinləşdirdik. Splitdə Macarıstanla keçirəcəyimiz növbəti görüşü səbirsizliklə gözləyirəm". 

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB