TOP 10

Boksçumuz Avropa üçüncüsü oldu

Boks
Tarix: 2019-09-10 11:47

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin görüşləri başa çatıb. Sport24.az xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin 1 üzvü də qüvvəsini sınayıb.
 

81 kq çəkidə mübarizə aparan Murad Allahverdiyev üçüncü döyüşündə rusiyalı İlya Boqatıryovla üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb. Nəticədə Allahverdiyev Avropa çempionatını bürünc medalla başa vurub.


Qeyd edək ki, qitə birinciliyində oğlanların yarışına 37 ölkədən 213 boksçu qatılıb.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB