TOP 10

Millimizin ilk ev məğlubiyyəti böyükhesablı oldu

Futbol
Tarix: 2019-09-10 22:24

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Gürcüstan millisi ilə qarşılaşıb.

 

“Dalğa Arena”dakı oyunda millimiz ilk ev məğlubiyyətini alıb. Fasiləyə saniyələr qalarkın qapısnda top görən komandamız ikinci hissənin qırmızı vərəqə alan kapitanı Hacıağa Hacılını itirikdən sonra 10 nəfərlə qalıb və daha 2 top buraxaraq böyük hesabla uduzub - 0:3.  Bununla da ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərindəki qələbənin (2:1) ardını gətirə bilməyib. 


Qeyd edək ki, qrupumuzun bu gün keçirilən digər oyununda Lixtenşteynlə evdə İsveçrədən daha ağır məğlubiyyət alıb. Millimiz növbəti matçını oktyabrda hələ bu seçmə mərhələdə start götürməyən Fransayla səfərdə keçirəcək. 


AÇ-2021-in seçmə mərhələsi
2-ci qrup

10 sentyabr


Azərbaycan - Gürcüstan 0:3 

Qol: V.Arveladze, 45+2, İ.Buqridze, 73. G.Arabidze, 84

Qırmızı vərəqə: H.Hacılı, 49 (2-ci sarı)


Baş hakim: Loren Kopriva (Lüksemburq)
Bakı. “Dalğa Arena” stadionu.


Azərbaycan: 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier.
Ehtiyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı.
Baş məşqçi: Milan Obradoviç.
Gürcüstan: 12. Luka Quqeşaşvili, 2. Nikolos Mali, 3. İlia Beriaşvili, 4. Luka Loxoşvili, 5. Davit Kobouri, 7. Georgi Arabidze (k), 8. Georgi Kutsia, 9. Nika Ninua, 11. Vato Arveladze, 14. Beka Kavtaradze, 18. Luka Silaqadze.
Ehtiyat oyunçular: 1. Georgi Mamardaşvili, 10. Georgi Koxreidze, 13. Nuqzar Spanderaşvili, 15. Aleksandr Andronikaşvili, 16. Laşa Uqrexelidze, 17. Paata Kiteişvili, 20. İrakli Buqridze, 21. Luka Lakvexeliani, 22. Revaz İnjgia.
Baş məşqçi: Georgi Tsetsazde.


Lixtenşteyn - İsveçrə 0:5 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB