TOP 10

Luka Modriç: "Azərbaycan millisinin bir oyunçusu 3-4 futbolçumuzu keçib bizə qol vurdu, buna yol vermək olmazdı"

Futbol
Tarix: 2019-09-10 10:26

​Xorvatiya milli komandasının kapitanı Luka Modriç Bakıda Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra brifinq keçirib. Sport24.az-ın məlumatına görə, "Bakcell Arena"da penaltidən hesabı açan 34 yaşlı yarımmüdafiəçi əvvəlcə matçı şərh edib. 


- Təəssüf ki, istədiyimiz 3 xalı qazana bilmədik. Halbuki, oyuna kifayət qədər yaxşı başlamışdıq. İlk 20-25 dəqiqə ərzində çox yaxşı çıxış etdik, qol vurduq və daha bir-ikisini də vura bilərdik. Ola bilsin ki, bundan sonra bir qədər rahatlaşdıq və Azərbaycan yığmasına qol şansları yaratmaq imkanı verdik. Rəqib oyunun sonlarında hesabı bərabərləşdirə bildi. Deyəsən, bizə işimizi çətinləşdirmək xoş gəlir. Son 2 oyunda 4 xal qazanmağı bacarmışıq. Qarşıda hələ 3 oyunumuz var. Fikrimcə, yekunda Avropa çempionatına vəsiqə qazanacağıq.

 

- Oyuna yanaşmadan çox danışmışdınız. Amma matç başlayanadn cəmi 15 dəqiqə sonra çətinlikləriniz başladı. Nə baş verdi?
- Bunu izah etmək çətindir. Çox yaxşı başlamışdıq və oyunu lazımınca apara bilərdik. Təəssüf ki, hansısa səbəbdən bunu bacarmadıq. Bunu dəcəllik kimi qiymətləndirmək də olar. Çünki həqiqətən də meydanda dominantlıq etdiyimizi görürdük. Rəqibə imkan verirdik ki, təhlükəli epizodlar yaratsınlar. Matçın gedişində hücumlarını daha da çoxaltdılar və heç nədən bir oyunçusu 3-4 futbolçumuzu keçib bizə qol vurdu. Buna yol vermək olmazdı. Nəticədə qələbəyə gücümüz çatmadı. Gəlin, növbəti oyunlara keçək. Hələ də hər şey öz əlimizdədir.

 

- Paltardəyişmə otağında məyusluq nə qədər idi?
- Əlbəttə, bu xal itkisi məyusedici haldı. Çünki qələbəyə ümid edirdik. Xüsusən, o zaman ki, yaxşı oynayıb bu qədər şans yaradırsan. Hələ hər şey açıqdır. Final mərhələsinə vəsiqəyə iddia etmək üçün qarşıda 2 ev və 1 səfər oyunumuz var. Görünür, bizə hər şeyi sadə sonuclandırmaq xoş gəlmir. Buna görə də mübarizə aparmaqda davam etməliyik.

 

- Beləliklə, növbəti tur Macarıstan üzərində qələbə sizin üçün çox vacib olacaq...
- Yaxşı atmosfer və əla dəstək gözləyirəm. Uzun müddətdir Split şəhərində oynamırıq. Əlbəttə, qələbəmizə inanıram. Hazırda bütün xallar çox vacibdir. Sonra da qrupdakı vəziyyətə baxacağıq.

 

 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB