TOP 10

Rəsmi matçda 296, seçmə mərhələdə 734 gündən sonra

Futbol
Tarix: 2019-09-10 10:08

Azərbaycan milli komandası AVRO-2020-nin seçmə mərhələsindəki ilk xalını 5-ci oyununda Xorvatiya ilə heç-heçə etməklə qazanıb. Sport24.az xəbər verir ki, "Bakcell Arena"dakı 1:1 hesablı bərabərlik yığmamızın rəsmi matçlarda 5 oyunluq məğlubiyyət seriyasına son qoyub.

 

Komanda bunadək rəsmi turnirlərdə son xalını UEFA Millətlər Liqasında əldə etmişdi. 2018-ci noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adalarıı 2:0 hesabıyla məğlub edən milliniz 296 gündən sonra xal sevinci yaşayıb.

 

Bu 10 ay müddətində futbolçularımız 5 məğlubiyyət alıblar. Millətlər Liqasında Kosovoya 0:4, AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya və Uelsə eyni – 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzan komanda son dünya çempionatının gümüş medalçısıyla qarşılaşmada azarkeşlərini sevindirə bilib.

 

Yalnız seçmə mərhələləri nəzərə alsaq, xalsızlıq daha uzun sürüb. Belə ki, 2017-ci il sentyabrın 5-də San-Marinonu 5:1 hesabı ilə yenən millimiz 734 gündən sonra xal qazanıb. Bu zaman kəsiyində məğlubiyyət seriyası isə 6 oyuna bərabər olub. Dünya çempionatının seçmə mərhələsinin son iki görüşündə Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə məğlubiyyət qeydə alınıb. 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB