TOP 10

Barişiç Bakıda gözləmədikləri nəticəylə üzləşdiklərini açıqladı: "Azərbaycan millisinin yaxşı oynaması bizim səhv idi"

Futbol
Tarix: 2019-09-10 09:00

"Düşünürəm ki, oyuna yaxşı başladıq. Yararlana bilmədiyimiz bir neçə qol şansımız oldu". Sport24.az xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin futbolçusu Borna Barişiç Azərbaycan yığması ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə oyunundan sonra söyləyib.

 

27 yaşlı sol müdafiəçisi milimizin yaxşı oynadığını deyib: "Belə olması bizim səhv idi. Onlar bu qolu vura bildilər. Görüş əslində, Macarıstanla oyuna bənzəyir. İki qarşılaşmada 4 xal itirdik. Bu, gözlədiyimiz nəticə deyil. Xüsusən də, Slovakiyaya qarşı qələbə qazandığımız (4:0) oyundan sonra. Ancaq irəli baxıb, Macarıstanla növbəti matçı düşünməliyik. Bu oyunun ikinci hissəsində yaxşı deyildik. Meydanda əsəbilik var idi".   

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB