TOP 10

Təmkin Xəlilzadə: "Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı"

Futbol
Tarix: 2019-09-10 00:06

Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə evdə Xorvatiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə matçından sonra brifinq keçirib. Sport24.az xəbər verir ki, millimizə cari seçmə mərhələ ilk xalı gözəl qolla qazandıran 26 yaşlı sol cinah oyunçusu əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Uelslə görüşdən sonra bu oyuna hazırlaşmağa çox da vaxtımız olmamışdı. Səfərdədki məğlubiyyət bizi bir qədər üzmüşdü. Buraxdığımız qollar, xüsusən, 85-ci dəqiqədə qapımızda gördüyümüz top səfərdən xalla qayıtmağa olan inamımızın üstündən xətt çəkmişdi. Sevinirik ki, Bakıya döndükdən sonra baş məşqçimiz bizi bu görüşə tam köklədi, hazırlaşdıq və yaxşı nəticə əldə etdik. Düzdür, Xorvatiyanı yaxşı incələmişdik, amma bu rəqibin analizə o qədər də ehtiyacı yox idi. Onların kimlikləri hamıya məlum idi: Dünya ikincisi olmuşdular. Oyunun ilk 10 dəqiqəsi ərzində çoxlu qol imkanları oldu. Lakin qapıçımız Emil Balayev xeyli inamlı çıxış etdi.

 

- Rəqibin müdafiə xəttini yararaq vurduğunuz qolu necə şərh edərdin?
- Özümə çox inanırdım. Məşqlərdə də belə epizodlar üzərində çox işləyirdik. Sevinirəm ki, alındı. İkinci hissədə oyuna girdikdən sonra ilk epizodumda Cavid Hüseynovla "divar ötürməsi" nəticəsində zərbəmi rəqib qapıçı dəf etdi. Bu epizoddan sonra "Xorvatiyaya qol vurmaq olar" deyə özümə inam yarandı. Sonadək vuruşduq və 1:1 hesablı heç-heçəyə nail olduq. Qolu vurduğuma görə isə çox xoşbəxtəm.

 

- Xorvatiya millisi Bakıya Slovakiya üzərində 4:0 hesablı səfər qələbəsi ilə gəlmişdi. Düşünmürdünüz ki, yenə böyük hesabla uduza bilərsiniz?
- Bu rəqibi Zaqrebdə 1:2 hesabı ilə uduzduğumuz görüşdən tanıyırdıq. Bu, futboldur. 0:5 hesabı ilə uduza və ya 1:0 hesablı qələbə qazana bilərsən. Hər cür nəticə gözləniləndir. Futbol elə yerə gəlib çıxıb ki, hər bir komanda müqavimət göstərməyi bacarır. Meydana çıxarkən həm xalqımıza, həm də dünyaya onu göstərmək istəyirik ki, biz də futbol oynaya bilirik, əl-qolumuzu yanımıza sallamırıq. Sevinirik ki, xal qazandıq.

 

- Sizcə, Xorvatiyaya qalib gəlmək də mümkün idi?
- Qol imkanları onlarda da  vardı, bizdə də. Son dəqiqələrdə bəlkə də qələbə qolunu vurmaq olardı. Amma olmadı.

 

- Qrupu xalsız da başa vurmaq ehtimalı var idi. Amma artıq ilk xal qazanılıb. Qrup mərhələsini neçə xalla başa vurmaq olar?
- Növbəti oyunumuz səfərdə Macarıstanladır. Daha sonra Slovakiya ilə səfər və Uelslə ev oyunu olacaq. Qalan 3 maçtda da çalışacağıq ki, xalqımızı sevindirək.

 

- Gələcək oyunlarda daha irəli mövqelərdə oynamağın mümkündür?
- Buna məşqçilər heyəti qərar verəcək. Hansı mövqeyə buraxsalar, milli komanda üçün əlimdən gələni etməyə hazıram.

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB