TOP 10

Cavid Hüseynov Xorvatiyadan xal almağa inamlarının əvvəldən olduğunu söylədi: "Evdə Uels yığmasına qalib gəlmək olar"

Futbol
Tarix: 2019-09-09 23:46

"Komandada nəticəylə bağlı inam var idi. Bunu hiss edirdik. Sadəcə, rəqibimiz Xorvatiya idi ki, şansları hər zaman dəyərləndirə bilir. Hücumlarının ardı-arası kəsilmirdi ki, buna bir az dözmək lazım idi". Sport24.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Cavid Hüseynov evdə Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdikləri AVRO-2020-nin seçmə oyunundan sonra jurnalistlərə açıqlamasında deyib. 

 

31 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqib ilk 15 dəqiqə ərzində dayanmadan hücum edib və təzyiq göstərib: "Amma onlar da səfər oyunundan gəliblər. Yorğun olduqlarını büruzə verirdilər. İkinci hissədə isə  şanslarımız oldu. Hətta qalib gələ bilərd. Xorvatiyadan daha öncə də xal qazana bilərdik. Bizdə inam hissi var idi. İnam hiss ola-ola böyük hesabla məğlub olmaq da var. İnam hissi mövcuddur, hələ ki, yaşayırıq".

 

Yarımmüdafiəçi seçmə mərhələdəki digər görüşlərdə də xal qazanmaq üçün çalışacaqlarını söyləyib: "Bu barədə indidən nəsə demək çətindir. Doğma meydanda Uelslə matçımız var. Düşünürəm ki, evdə bu komandaya qalib gəlmək olar". 

 

Futbolçu "heç-heçə müqabilində mükafat alacaqsınızmı" sualına belə cavab verib: "Mükafat olacaq. Min bərəkət (gülür)".  

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB