TOP 10

Daliç Balayevi fərqləndirdi, millimizin qazandığı xalı layiqli saydı: "İndiyədək bunu necə götürə bilməyiblər, bu, qəribədi"

Futbol
Tarix: 2019-09-09 22:28

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığmasıyla səfərdə 1:1 hesablı bərabərliyə qaldıqları matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş haqda düşüncələrini bölüşüb.

 

- İlk növbədə Azərbaycan millisini təbrik edirəm. Oyuna yaxşı başladıq, erkən qol vurduq. Sonra da şanslarımız oldu, ancaq qola imkan verməyən rəqib qapıçı çox yaxşı oyun göstərdi. İkinci hissədə Azərbaycan daha yaxşı oynadı. Azarkeşlərinin da dəstəyindən güc alaraq bərabərlik qolunu vurdu. Əlbəttə, nəticə məyusedicidi. Ancaq bunu qəbul edərək növbəti oyuna hazırlaşmalıyıq. 

 

- Ante Rebiçin çıxşını necə dəyərləndirərsiniz? Onu, ümumiyyətlə, əqq1vəzləmələri daha tez edə bilərdinizmi?

- Bəlkə də tez dəyişiklik etsəydim, oyuna təsiri olardı. Xüsusilə də yarımümdafiə xəttində. Rebiç 2 qol şansını qaçırdı. Ancaq onu əvəzləmək istəmədim, inandığımı göstərdim. Azərbaycan yığması layiqli qolunu vurdu. 

 

- Azərbaycan millisinin futbolçularının xaricdə legioner həyatı yaşamadığını biləndə, buna təəccüblənmədiniz?

- Hər halda, burda xoşbəxtdirlər ki, xaricə getmək istəmirlər. 

 

- Xorvatiya millisi 4 ildən sonra yenə "Bakcell Arena"da qalib gələ bilməyərək, vacib xallar itirdi. Bu stadionu xorvatlar üçün "cəhənnəm" adlandırmaq olarmı?

- Azərbaycan bizdən əvvəl də yaxşı təsir bağışlamışdı. Bunadək necə xal götürməyiblər, qəribədi. Bizə qarşı çox aqressiv, motivasiyalı idilər. Heç bir stadionu cəhənnəm adlandırmazdım. Sadəcə, yaxşı oynayıb nəticə qazanmaq lazımdı.

 

 

MEHMAN SÜLEYMANOV

 

CBCsport
11 Dekabr 2019
10 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB