TOP 10

Şeydayevin Beyli qabaqlaması rusları təəccübləndirdi

Futbol
Tarix: 2019-09-09 17:25

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində Uelsə 1:2 hesabı ilə uduzduğu oyunda Ramil Şeydayevin çıxışı Rusiya mətbuatının diqqətini çəkib. Sport24.az xəbər verir ki,  Moskva "Dinamo"sunda çıxış edən hücumçunun görüşün 63-cü dəqiqəsində Madrid "Real"ının ulduzu Qaret Beylə sürətdə uduzmadığı qeyd olunub: "Uels - Azərbaycan matçında dünyanın ən sürətli oyunçulardan biri Qaret Beyllə "Dinamo"nun hücumçusu Ramil Şeydayevin sürət yarışması oldu. Ramil sol cinahda topla irəliləyərkən sürətdə Beyli qabaqladı. Yerli azarkeşlər epizod başa çatdıqdan sonra Şeydayevi alqışladı".

 

16 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB