TOP 10

"Qarabağ"ın legioneri Xorvatiya yığmasının hücumçusuyla: "Səni görmək çox xoş oldu, qardaşım" - FOTO

Futbol
Tarix: 2019-09-09 11:11

"Qarabağ"ın legioneri Aylton Silva AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisiylə matç üçün Bakıya gələn Xorvatiya yığmasının düşərgəsinə baş çəkib. Sport24.az xəbər verir ki, braziliyalı müdafiəçi hücumçu Yosip Brekaloyla görüşmək üçün onun yanına gəlib.

 

Yosiplə fotosunu "İnstagram"daki səhifəsində paylaşan Aylton "Səni görmək çox xoş oldu, qardaşım" yazıb. Bu futbolçular vaxtilə Almamiyanın "Ştutqart" klubunda birgə çıxış ediblər. Aylton indi də bu komandanın futbolçusu olaraq "Qarabağ"da icarə əsasında çıxış edir. Brekalo da bu "Ştutqart"a məxsus olaraq "Volfsburq"da icarədə oynayır. 

 

Xatırladaq ki, "Keşlə"nin futbolçusu Ruslan Qurbanov da Xorvatiya yığmasının Bakıda qaldığı otelə gələrək keçmiş komanda yoldaşları ilə fotosunu sosial şəbəkədə paylaşıb. 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB