TOP 10

Azərbaycan boksçularının DÇ-də ilk rəqibləri məlum oldu

Boks
Tarix: 2019-09-09 09:33

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək boks üzrə dünya çempionatının püşkü atılıb. Sport24.az xəbər verir ki, 78 ölkədən 365 idmançının qatılacağı mundialda Azərbaycan yığmasının üzvlərinin də ilk rəqibləri bəlli olub.


Millimizin heyətində 4 boksçumuz 1/32, digər 4-ü 1/16 finaldan yarışa qoşulacaqlar.


Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək. Ayın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.


9 sentyabr
1/32 final
75 kq. Amin Kuşkov – Nursahat Pazziyev (Türkmənistan)


11 sentyabr
1/32 final
57 kq. Tayfur Əliyev – Tiaqo Puqno (İsveçrə)


12 sentyabr
1/32 final
63 kq. Bəxtiyar Qazıbəyov – Safyullin (Qazaxıstan)


13 sentyabr
1/32 final
69 kq. Lorenzo Sotomayor – Yason Mallya (Avstriya)


14 sentyabr
1/16 final
52 kq. Məsud Yusifzadə – Səid Mortaji (Mərakeş)


15 sentyabr
1/16 final
81 kq. Dominqes Alfonso – Qazimaqomed Calidov (İspaniya)/Aleksa Markoviç (Serbiya)
91 kq. İsmayıl Yaqubov – Marat Xihoryan (Ukrayna)


16 sentyabr
1/16 final
+91 kq. Məhəmməd Abdullayev – Danabieke Bayıkevuzi (Çin)

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB