TOP 10

Millimizin sabiq baş məşqçisi İrəvanda istefa verdi

Futbol
Tarix: 2019-09-08 22:08

Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib. Sport24.az xəbər verir ki, təcrübəli xorvatiyalı mütəxəssi AVRO-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Belə ki, millimizin sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.

Qeyd edək ki, 2014-17-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı.  Onun komandası VRO-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.
 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB