TOP 10

Keçmişin ulduzları “ASK Arena”ya toplaşır: “Xəzər Lənkəran” və “Neftçi”nin sabiq liderləri yenidən üz-üzə

Futbol
Tarix: 2019-09-08 17:18

Bu gün “ASK Arena”da “40+ Liqa” turnirinin püşkü atılıb. Sport24.az-ın informasiya dəstəkçisi olduğu yarış 2 dövrədək ibarət olacaq.

 

“Old Stars”, “Baktelekom”, “Miri Yunayted”, “Favorit”, “Pioner Arena” və “Sport24.az” komandalarının iştirak edəcəyi yarışın ilk turunda üz-üzə gələcək rəqiblər də müəyyənləşib. Sentyabrın 15-də baş tutacaq açılış turunda aşağıdakı cütluklər qarşılaşacaq:

“Old Stars” - “Favorit” “Baktelekom” - “Sport24.az” “Miri Yunayted” - “Pioner Arena”.

 

Yaxın keçmişin ulduz futbolçularının da bu komandalarda yer alacağını qeyd edək. Futzalda saç ağartmış Mahir və Nurəddin Eyniyev qardaşları və Baba Əsgərov, futbol üzrə milli komandamızın sabiq qolkiperi Faiq Əzizov, “Xəzər Lənkəran”ın keçmiş qoleadoru Zaur Ramazanov və müdafiəçisi Emin Quliyev, Moskva “Lokomotiv”i və keçmiş Yuqoslaviya yığmasının yarımmüdafiəçisi, U-21 yığmamızın baş məşqçisi Milan Obradoviç və digər parlaq simalar “40+ Liqa”da öz ustalıqlarını nümayiş etdirəcəklər.

 

Qeyd edək ki, turnirin təşkilatçısı ötən mövsümün sonunda peşəkar karyerasını “Keşlə”də başa vurmuş Davud Kərimidi.

 

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB