TOP 10

Barış qələbəni daha çox Obradoviçin ayağına yazdı, əsas yığmada oynamağa hazır olduğunu bəyan etdi: "Məni Türkiyə millisi çağırdı, getmədim"

Futbol
Tarix: 2019-09-07 18:00

U-21 yığmamızın yeni seçmə mərhələdə ilk ev matçı ilk qələbəylə nəticələndi. Bu, Slovakiya yığması üzərində 2:1 hesabıyla oldu. "Dalğa Arena"dakı matçda dubl etməklə qələbədə əsas pay sahibi olan hücumameylli yarımmüdafiəçimiz Barış Ekincier Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

 

- Bu seçmə mərhələyə uğursuz startınız oldu - Lixtenştyendən 0:1 hesablı səfər məğlubiyyəti aldınız. Bu dəfə nə baş verdi ki, belə istəkli, mübariz komanda gördük?

- Məncə, komandamız çox yaxşı quruldu. Bu, baş məşqçimizin əməyinin nəticəsidi. Savaşdıq, bu üzdən 2 qol vurduq. Son dəqiqəyədək qələbəyə inandıq və buna nail olduq. Bu matçı çox yaxşı oynadıq. Slovakiyanın yalnız uzaq məsafədən zərbələri vardı, başqa qol imkanları olmadı. Buraxdığımız qol da xətamızın nəticəsi idi. Bunu nəzərə almasaq, çox yaxşı təsir bağışladıq. Həm müdafiədə yaxşı idik, həm də hücumda. 

 

- Baş məşqçiniz Milan Obradoviç nəyi düzgün qurdu ki, belə oynadınız?

- Taktiki necə oynamağı dedi. Arxada stabil çıxış etməyimiz lazım idi. İrəlidə də nə edəcəyimiz bəlli idi. Məncə, baş məşqçimiz düzgün tapşırıqlar verdi. Bu üzdən matçı qazanmağımızda onun böyük faiz rolu var.  

 

- Hər halda, qələbə sənin dublunla gəldi. Bu gün oyunu qəhrəmamı Barış idi?

- Yox, bütün komanda. Düzdür, 2 qol vurdum, ancaq komandasız bunu bacarmazdım. Bütün U-21 komandamız və bütün Azərbaycan üçün bu qollara imza atdım. Yığmamızda ilk qolumu ötən seçmə mərhələdə Norveçə vurmuşdum. Bu dəfə ilk dublumu reallaşdırdım və daha çox sevinirəm. İnşallah, qol sayım daha çox olar.

 

- Gürcüstanda matçda bu uğurlu çıxışınının davamı gələ bilərmi? 3-4 gün sonra bu tepmdə oynamağa gücünüz olacaq?

- Gücümüz qalacaq. Sonadək savaşacağıq. Bu ay üçün son matçımızdı, sonra evə yollarınıq. Ardıcıl 2-ci qələbə üçün mübarizə aparacağıq. Eyni bu gündəki kimi oynasaq. onları da yenəcəyik.

 

- Meydanın hər yerində səni görmək mümkün idi. Bunu necə çatdırırdın? Bu qədər gücü hardan alırdın? Ümumuyyətlə, hücumda hansı mövqedə oynamaq sənə daha rahatdı?

- Baş məşqçi mənə dedi ki, harda özünü rahat hiss edirsən, ora get. Fərid Nəbiyev və İsmayıl İbrahimliylə mütəmadi yerdəyişmələr etməyimizi istəyirdi. Mən də tez-tez dəyişərək rəqibləri çaş-başa salmağa çalışırdım. Mənə bir mövqedə daha çox təzyiq olanda yerimi, cinahımı dəyişirdim. Sonda gücüm çox qalmadı, ona görə yarımmüdafiənin mərkəzinə keçdim. Ancaq uzatma dəqiqələrində son gücümü toplayaraq irəli getdim və qapıçı ilə təkbətəkdə qələbə topunu vurdum (gülür).

 

- "Bohum" səni Avstriyanın "Austria Kalengfurt"Avstriya klubuna icarəyə verib. Yeni komandada işlərin necədi?

- Almaniyadan 1 illik icarəyə getdim. Avstriyada oynayıram, inşallah, orda da çıxışım yaxşı olar, qollarımı davam edərəm. Bura da davamlı gələcəm.

 

- Əsas yığmamızda oynamağa özünü hazır sayırsan? Yoxsa düşünürsən ki, hələ bir müddət də U-21-də çıxış etsəm, yaxşı olar?

- Məni Türkiyə U-21-i çağırdı, getmədim. Azərbaycan yığmasında 4 ildi çıxış edirəm. Bununla qürur duyuram. Azərbaycanı çox sevirəm. Ona görə burada özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Azərbaycanın əsas yığmasında oynamaq istəyirəm. Buna hazıram. 

 

- Ötən mövsüm ürəyindən əməliyyat olunmuşdun? Bir problemin qalmadı?

- Yox, səhhətimdə hər şey qaydasındadı. Özümü çox yaxşı hiss edirəm, ürəyim lazımınca döyünür. 

 

 

MEHMAN SÜLEYMANOV

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB