TOP 10

"Keşlə"də baxışda olan əcnəbi hücumçuların taleyi bilindi

Futbol
Tarix: 2019-09-07 17:00

“Keşlə” baxışdan keçirdiyi əcnəbi hücumçuların taleyinə aydınlıq gətirib. Klubda Sport24.az-a verilən məlumata görə, Küveytin “Al-Fahaheel” klubu ilə Bakı Olimpiya Stadionunda sınanılan Aleksandr Kristovao ilə Patrik Fraydey lazım olmayıblar. Hər ikisi legioner artıq geri qaytarılıb. 

 

Təmsilçimizin 2:2 hesablı bərabərliyə qaldığı bu matçda hər 2 qoluna onlar imza atmışdı. Kristovao ilə sonradan danışıqlar olsa da, yekunda razılıq əldə olunmayıb. Bu futbolçu ötən mövsümün qış fasiləsində "Sabah"ın Antalyadakı təlim-məşq toplanışına qatılaraq baxışdan keçsə də, qısa müddət sonra öz istəyi ilə düşərgəni tərk etmişdi. 

18 Noyabr 2019
17 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB