TOP 10

Boksçumuz AÇ-də 1/4 finala yüksəldi

Boks
Tarix: 2019-09-06 13:23

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa çempionatı davam edir. Sport24.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulub.


Yığma üzvlərindən Murad Allahverdiyev Stoil Stanoyevlə (Bolqarıstan) qarşılaşıb. 81 kq çəkidə rinqə çıxan boksçumuz rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, 1/4 finalda belaruslu Raman Kazyankovla döyüşəcək. Görüş sentyabrın 8-nə təsadüf edəcək.


Allahverdiyevdən fərqli, İqor Platov (75 kq) Valeri Razmeritaya (Moldova), Ruslan Qədirov (49 kq) Uiliam Hevittə (İngiltərə) və Fuad Cəfərov (+91 kq) Viçenzo Fiasçettiyə (İtaliya) məğlub olub.


Qeyd edək ki, bu gün rinqə Azərbaycan millisinin 3 boksçusu çıxacaq.

20 Noyabr 2019
19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB