TOP 10

Yüksək Liqanın püşkü atıldı

Futzal
Tarix: 2019-09-04 14:10

Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümünün püşkatma mərasimi keçirilib.  Sport24.az xəbər verir ki, komandalara əsasnamədə edilmiş yeniliklərlə bağlı məlumat verilib, suallar cavablandırılıb. 
 

Qeyd edək ki, ötən illə müqayisədə Yüksək Liqada bu dəfə 7 yox, 10 komanda qalib adı uğrunda mübarizə aparacaq. Mövsüm 3 dövrədən ibarət olacaq. “İlk 4-lük”də yer alacaq komandalar pley-off mərhələsinə vəsiqə qazanacaq. Bundan başqa, cari mövsümdə legioner limiti tətbiq ediləcək. Komandalar iştirak ərizəsinə maksimum 7, oyunun protokoluna isə 5 legioner futzalçının adını daxil edə bilər. Matçın protokoluna bir nəfər 2000-ci il və daha gənc yerli oyunçunun adının daxil edilməsi isə vacibdi.


Püşkün nəticəsinə əsasən, çempionatın birinci turunun təqvimi aşağıdakı kimidi:


11 sentyabr, Bakı İdman Sarayı


“Bakı” TFK – “Yasamal” İSK
“Araz” – “Baku Fire”
“Xızı Futzal” – “Record club”
“Premier” (Quba) – EKOL
“Marafon” FK – “Neftçi” İK
 

11 Noyabr 2019
10 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB