TOP 10

Bordin “Neftçi”dən ayrılır? - Klubdan rəsmi mövqe

Futbol
Tarix: 2019-09-03 20:24

Roberto Bordin milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə dövründə “Neftçi”nin baş məşqçisi postundan gedə bilər. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssisin xidmətində Kiprin “Apollon” klubu maraqlı olması barədə məlumat yayılıb.

 

Kiprli həmkarlarımızın iddiasına görə, adalıların prezidenti Nikos Kirzis vakant qalmış kresloya 54 yaşlı mütəxəssisi dərhal cəlb etməyə hazırdı. Ancaq italiyalı çalışdırıcını “Neftçi”yə mövsümün sonunadək müqavilə bağlayır.

 

Maraqlıdı, bəs, “Neftçi”nin bu məsələyə münasibəti necədi? Məsələylə bağlı mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Sport24.az-a verdiyi açıqlamada “Neftçi”nin mövqeyini bildirdi: “Roberto Bordin “Neftçi”nin baş məşqçisidi. Onun “Neftçi” Peşəkar Futbol Klubu ilə gələn ilin may ayının 31-dək müqaviləsi var. Yayılan xəbərlər həqiqəti əks etdirmir. İtaliyalı mütəxəssis muqavilə müddətinin sonunadək komandamızın “sükanı arxası”nda olacaq”.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB