TOP 10

“Qarabağ” “Saraqosa”nın futbolçusunu transfer edir?

Futbol
Tarix: 2019-09-02 11:07

İspaniyanın “Saraqosa” klubunda çıxış edən Xorxe Pombo karyerasını Azərbaycanda davam etdirə bilər. Sport24.az xəbər verir ki, onun xidmətində “Qarabağ” maraqlıdır.

 

Bu barədə məlumat yayan İspaniya mətbuatı “Saraqosa”dan ayrılacaq futbolçunun MLS və Azərbaycan variantları haqqında düşündüyünü iddia edir. 25 yaşlı mərkəz yarımmüdafiəçisi hələ qərarını vermədiyi iddia olunur.

 

İspan həmkarlarımızın iddiasına görə, Xorxeni transfer etmək istəyən klub 1 milyon avrosundan keçməli olacaq.

 

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bir neçə mövqeyə, o cümlədən yarımmüdafiəçi axtarışında olduqlarını bildirib.

 

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB