TOP 10

Kokauri və Kinderska DÇ-də medalsız qaldı

Cüdo
Tarix: 2019-08-31 16:20

Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. Sport24.az xəbər verir ki, bu gün Azərbaycanın son 2 cüdoçusu fərdi yarışlara qoşulub.


Belə ki, İrina Kinderska (+78 kq) və Uşangi Kokauri (+100) tatamiyə çıxıb. Lakin hər iki idmançı medalsız qalıb.


Kinderska 1/16 finalda mübarizəyə başlayıb. İdmançımız ardıcıl olaraq Tessi Savelkuls (Hollandiya) Şeyx Ruhu Nihelı (Tunis) məğlub edib. Lakin 1/4 finalda braziliyalı Maria Sulen Altemanla bacarmayıb. Kinderska təsəlliverici görüşdə digər braziliyalı Bitrayz Souza yenilərək, medal şansını itirib.


Kokauri isə çıxışını erkən başa vurub. O, 1/32 finalda avstriyalı Ştefan Hegyiyə ipponla uduzub.


Əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB