TOP 10

Millimiz dünya çempionatına hazırlaşır

Boks
Tarix: 2019-08-31 15:40

Kişi boksçulardan ibarət Azərbaycan millisi sentyabrın 8-dən 21-dək Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir. Sport24.az xəbər verir ki, avqustun 14-dən baş məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn yığma məşqlərini Bakı Boks Mərkəzində keçir. 


Təlim-məşq toplanışına hər çəkidə 2 nəfər olmaqla, 16 boksçu cəlb olunub. Mundaiala hazırlığın son mərhələsində boksçularımız gündə iki dəfə məşq edir. Səhər hazırlığında əsasən fiziki çalışmalar yerinə yetirən idmançılarımız axşam məşqlərini rinqdə gerçəkləşdirirlər. Təlim-məşq toplanışı sentyabrın 5-dək davam edəcək. Bundan sonra boksçularımız Rusiya yollanacaqlar.


Qeyd edək ki, dünya çempionatı 8 çəki dərəcəsində keçiriləcək. Sentyabrın 8-də açılış mərasimi olacaq mundialda ilk döyüşlər ertəsi gün təşkil ediləcək. Qaliblərin adları isə sentyabrın 21-də dəqiqləşəcək.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB