TOP 10

Dünya çempionatı üçün son hazırlıq

Güləş
Tarix: 2019-08-30 18:22

Sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı keçiriləcək. Sport24.az xəbər verir ki, Olimpiadaya lisenziya xarakteri daşıyan mundial ilin ən mühüm yarışıdır.

 

Yığmalarımız məsul turnirə ciddi hazırlaşır. Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız gələn həftənin ilk günlərində DÇ öncəsi son hazırlıq prosesinə start verəcək. Son TMT Olimpiya Güləş Mərkəzində reallaşacaq.

 

Qadınlardan ibarət millimiz isə artıq Qazaxıstandadır. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında dünya çempionatında iştirak edəcək 8 qadın güləşçimiz bu gündən Qazaxıstan yığmasıyla birgə Nur-Sultanda təlim-məşq toplanışına başlayır. Məqsəd yerli mühitə uyğunlaşmaq və yarışa daha yaxşı hazırlaşmaqdır.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB