TOP 10

“Neftçi”də yeni baş məşqçi - RƏSMİ

Futbol
Tarix: 2019-08-30 17:44

“Neftçi” Futbol Akademiyasının U-17 komandasının baş məşqçisi vəzifəsinə Elman Sultanov təyin olunub. Sport24.az xəbər verir ki, 45 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 

Baş məşqçinin köməkçisi vəzifəsini isə Elgiz Kərəmli yerinə yetirəcək.


Qeyd edək ki, futbolçu kimi 1994/1995-ci illər mövsümündə "Neftçi”nin şərəfini qorumuş Elman Sultanov baş məşqçi kimi "Səbail”in əsas və əvəzedici, "Keşlə”nin isə U-16 komandasını, həmçinin "Bakılı”nı çalışdırıb. "Səbail”in əsas komandası ilə yüksək liqaya vəsiqə qazanmış Sultanov paytaxt təmsilçisinin əvəzedicilərinə çempionluq sevinci yaşadıb.

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB