TOP 10

Geryenin taleyinə aydınlıq gəldi

Futbol
Tarix: 2019-08-30 13:24

Xeyli müddətdir “Neftçi”yə keçməsi gündəmdə olan Donald Geryenin taleyinə aydınlıq gəlib. Sport24.az-ın əldə etdiyi məlumata görə, haitili cinah oyunçusu bu həftə “ağ-qaralar”ın düşərgəsinə gələcək.

 

30 yaşlı müdafiəçi ilə “Neftçi” arasında 2 illik sövdələşmə imzalanacaq. Əldə etdiyimiz informasiyaya görə, Gerye illik 180 min dollar qazanacaq. Məlum olduğu kimi, futbolçularla müqavilədə ilin 10 ayını əhatə edir. Başqa sözlə, Donaldın aylıq məvacibi 18 min dollar təşkil edəcək.

 

Bununla da “Neftçi”də Haiti yığmasının 2-ci üzvü peyda olacaq. Belə ki, Soni Mustivar da sözügedən yığmanın şərəfini qoruyur.

 

Müdafiəçinin yay təlim-məşq toplanışı zamanı heç bir komandayla iştirak etməməsini nəzərə alsaq, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə Gerye üçün göydəndüşmə olacaq. Bu, onun Azərbaycan Premyer Liqasının artıq 4-cü turunda meydana çıxma şansını artırır.

 

Qeyd edək ki, Donald Geryenin son klubu  “Qarabağ” olub.

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB