TOP 10

Federasiya təkzib etsə də...cüdoçular jurnalisti təhqir etdi

Cüdo
Tarix: 2019-08-30 13:35

Ötən gün idman jurnalisti Elmar Rza şəxsi Facebook səhifəsində xoşagəlməz olay haqda nəql edib. Gənc həmkarımız Azərbaycan Cüdo Federasiyasının rəsmi səhifəsində hazırda Tokioda davam edən dünya çempionatına dair edilən paylaşıma “deyəsən, qadınlardan ibarət yığmamız Yaponiyaya gəzməyə gedib” şərhini yazdıqdan sonra “Gündoğan ölkə”də olan cüdoçuların təhqirlərinə məruz qalıb. Məsələylə bağlı Sport24.az-a danışan gənc həmkarımız bu cür aqressiyanı gözləmədiyini bildirdi.

 

Elmarı dinləyək: “Qadinlardan ibarət cüdo yığmasının üzvləri bütün görüşləri uduzmuşdular. Mən də səhifədəki paylaşımlardan birinə zarafatyana “deyəsən, qızlar Tokioya gəzməyə gediblər” şərhini yazdım. Şərhi iki açıq mötərizə işarəsi ilə bitirmişdim, bu da şərhin zarafatyana yazılması anlamına gəlir”.

 

Həmkarımızın bu şərhinə ilk olaraq qadınlardan ibarət yığmanın üzvü Aişə Qurbanlının profilindən cavab gəlib. O, Elmara parik taxıb özünün qadınların yarışlarına qatılmasını “tövsiyə” edib. Ardınca isə Hidayət Heydərov “səhnə”yə çıxıb. 

 

Məsələyə müdaxilə edən Azərbaycan Cüdo Federasiyasının baş katibinin müəvini Elnur Əşrəfoğlu bu profillərin sözügedən cüdoçulara aid olmadığını bildirib.

 

Əlbəttə, rəsmən təsdiqlənməyən profillərin sözügedən idmançılara məxsus olduğunu sübut etmək müşkül məsələdi. Ancaq reallıq və sağlam məntiqə söykənsək, açıq bir suala cavab tapmaq mümkün deyil. Söhbət Hidayətin sponsoru olan “Adidas” firmasının məhz həmin profili göstərməsindən gedir. Hər halda, Almaniyanın ən tanınmış brendlərin sırasında dayanan şirkət Heydərova aid olmayan profili “tag” etməz.

 

Münaqişəyə tam aydınlıq gələcəyinə inanmırıq. Ancaq cüdoçulara sadə məsləhətimiz var: tatamidən kənara çıxmayın, söz savaşında daim ippon fəndinə düşəcəksiniz.
 

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB