TOP 10

"Qarabağ"ın yeni bombardiri - artıq Azərbaycanın da

Futbol
Tarix: 2019-08-30 11:00

"Qarabağ"ın ispaniyalı legioneri Xayme Romero bombardirlər siyahısında liderlər sırasında qərarlaşıb. Sport24.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandasının avrokuboklarda cari mövsümdə ən sərrast oyunçusu olub.

 

Belə ki, Xayme Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubuyla Tofiq Bəhramov adına Respublika stadionundakı matçda hesabı açmaqla komandasında Avropada 3-cü qoluna imza atıb. Maraqlıdı ki, yay transferi olan Romero irlandların qəniminə çevrilib. Çünki onun ilk 2 qolu Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubuna "Dalğa Arena"da 3:0 hesabıyla qalib gəldiyi matçda dubluyla reallaşıb. 

 

Romero bu yya avrokuboklarda hesablarında 3 qol olan millimizin yarımmüdafiəçiləri Emin Mahmudovla Ağabala Ramazanaova çatıb. Ancaq onların klubları - müvafiq olaraq "Neftçi"ylə "Səbail" mübarizələrini dayandırdıqlarından qol saylarını artırmaq imkanına malik deyillər. "Qarabağ" isə Avropa Liqasında qrupa çıxdığından, Xayme vahid lider də ola bilər. 

 

Onu da bildirək ki, "Qarabağ"da hücumçuları Mahir Emreliylə Maqaye Qeye da 2 qolla ən sərrast oyunçular siyahısında irəliləmək imkanıan malikdirlər. "Linfild"lə matçda qələbə topunun müəllifi olan fransalı yarımmüdafiəçi Abdullah Zubir isə "Qarabağ"da avrokuboklarda 2-ci qolunu vurub. Sadəcə, bu, iki mövsümü əhatə edir. O, ötən mövsüm Avropa Liqasında qrupda "Sportinq"ə Bakı Olimpiya Stadionunda 1:6 hesabıyla uduzduqları görüşdə qol hesabını açmışdı. 

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB