TOP 10

“Qarabağ”ın qrup mərhələsindəki rəqibləri bəlli oldu

Futbol
Tarix: 2019-08-30 15:45

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb. Sport24.az xəbər verir ki, tədbir Monakoda baş tutub.
 

Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə 48 klub 12 qrupa bölünüb. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibi idi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşib. 


Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Azərbaycan çempionu burada Şimali İrlandiya “Linfild”ini səfər qolu ilə yarışdan kənarlaşdırıb – 2:3, 2:1.


Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünmüşdü. “Qarabağ” əmsalına əsasən 3-cü səbətə düşmüşdü. Püşk nəticəsində Azərbaycan çempionu A qrupunda İspaniyanın “Sevilya”, Kiprin APOEL və Lüksemburqun “Düdelanj” klublarına rəqib olub.


Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidi. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.


Avropa Liqası
Qrup mərhələsi


A qrupu
“Sevilya” (İspaniya)
APOEL (Kipr)
“Qarabağ” (Azərbaycan)
“Düdelanj” (Lüksemburq)


B qrupu
“Dinamo” (Kiyev, Ukrayna)
“Kopenhagen” (Danimarka)
“Malmö” (İsveç)
“Luqano” (İsveçrə)


C qrupu
“Bazel” (İsveçrə)
“Krasnodar” (Rusiya)
“Xetafe” (İspaniya)
“Trabzonspor” (Türkiyə)


D qrupu
“Sportinq” (Portuqaliya)
PSV (Hollandiya)
“Rusenborq” (Norveç)
LASK (Avstriya)


E qrupu
“Latsio” (İtaliya)
“Seltik” (Şotlandiya)
“Renn” (Fransa)
ÇFR (Rumıniya)


F qrupu
“Arsenal” (İngiltərə)
“Ayntraxt” (Almaniya)
“Standard” (Belçika)
“Vitoriya” (Portuqaliya)


G qrupu
“Portu” (Portuqaliya)
“Yanq Boyz” (İsveçrə)
“Feyenoord” (Hollandiya)
“Reyncers” (Şotlandiya)


H qrupu
ÇSKA (Moskva, Rusiya)
“Ludoqorets” (Bolqarıstan)
“Espanyol” (İspaniya)
“Ferentsvaroş” (Macarıstan)


İ qrupu
“Volfsburq” (Almaniya)
“Gent” (Belçika)
“Sent-Etyenn” (Fransa)
“Aleksandriya” (Ukrayna)


J qrupu
“Roma” (İtaliya)
“Borussiya” (Münhenqladbax, Almaniya)
“Başakşəhər” (Türkiyə)
“Volfsberq” (Avstriya)


K qrupu
“Beşiktaş” (Türkiyə)
“Braqa” (Portuqaliya)
“Vulverhempton” (İngiltərə)
“Slovan” (Slovakiya)


L qrupu
“Mançester Yunayted” (İngiltərə)
“Astana” (Qazaxıstan)
“Partizan” (Serbiya)
“Alkmaar” (Hollandiya)

16 Sentyabr 2019
15 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB