TOP 10

Qurbanov üçün yeni variant - "Almeriya"nın futbolçusu "Qarabağ"a icarəyə verilməsini istəyir

Futbol
Tarix: 2019-08-27 17:00

Filip Ozobiçin zədələnməsindən sonra yarımmüdafiəçi axtarışına çıxan "Qarabağ" bir neçə varianti gözdən keçirir. Sport24.az xəbər verir ki, onlardan biri də Valentin Vadadı.

 

Argentinalı yarımmüdafiəçi bu ilin iyulunda "Sent-Etyen"dən "Almeriya"ya keçib. 23 yaşlı orta sahə oyunçusu İspaniya Sequndasında müarizə aparan klubla müqavilə müddəti "2+1" illikdi. Sadəcə, "Almeriya"da əsas heyətə düşmək uğrunda mübarizənin çətin olmasını anlayan cənubi amerikalı klub rəhbərliyindən onu "Qarabağ"a icarəyə vermələrini istəyib.

 

Onu da bildirək ki, Vada Argentinanın Santa-Fe şəhərində dünyaya göz açsa da, futbolda ilk addımlarını Fransada atıb. 2006-10-cu illərdə "Proyekto Kreker"də top oyununun sirlərini öyrənib, növbəti 4 ili isə "Bordo"nun yeniyetmələrdən ibarət heyətində keçirib. (sportinfo.az)

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB