TOP 10

“Sabah”la “Keşlə”nin 5-ci dueli

Futbol
Tarix: 2019-08-25 11:01

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Keşlə” bu gün “Sabah”ın qonağı olacaq. Sport24.az xəbər verir ki, bu, tərəflərin öz aralarında keçirəcəyi 5-ci qarşılaşmadı. 
 

Buna qədər “Keşlə” çıxdığı 4 matçın ikisində qələbə qazanıb, bir heç-heçəyə imza atıb və bir dəfə də məğlub olub. Sözügedən komanda son 3 qarşılaşmanın heç birində rəqibinə uduzmayıb. Topların nisbətinə gəldikdə, 4 matçda “Keşlə” rəqib qapılarına 6 dəfə yol tapıb, 3 qol buraxıb.


“Keşlə”nin heyətində “Sabah”a ən çox qol vurmuş futbolçu Conatan Ayite olub (3 qol). Həmçinin hərəyə 1 dəfə Sərtan Taşqın, Denis Silva Kruz və Cabir Əmirli fərqləniblər.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB