TOP 10

“Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

Futbol
Tarix: 2019-08-25 10:43

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, bu gün “Qəbələ” çempionatın yeni mövsümündə ilk səfər matçına çıxacaq. “Qırmızı-qaralar” “Qarabağ”la görüşəcək. Matç Bakıda baş tutacaq. “Azərsun Arena”dakı qarşılaşma iki rəqib arasında 54-cü duel olacaq.


İlk dəfə 2006-cı ildə üz-üzə gələn komandalar indiyədək 53 dəfə qarşılaşıblar.


Bu matçlarda “Qəbələ” 12, “Qarabağ” 24 dəfə qalib gəlib. Digər 17 görüşdə qalib müəyyənləşməyib. Rəqib qapısından 47 top keçirən “Qəbələ” futbolçuları 68 top buraxıblar.


Bu 53 oyundan 44-ü Premyer Liqa, 9-u Azərbaycan kuboku çərçivəsində keçirilib. 10 qarşılaşmada meydanı üç xalla tərk edən “Qəbələ” 12 heç-heçə edib və 22 məğlubiyyət alıb. 100 qolun vurulduğu matçlarda top fərqi Ağdam təmsilçisinin xeyrinədi – 40:60.


27-ci dəfə “Qarabağ”ın rəqibi olacaq “qırmızı-qaralar” əvəlki 26 səfərdə 4 dəfə qalib gəlib. Hesabında 9 heç-heçə olan “Qəbələ” 13 dəfə uduzub. Səfərdə 20 dəfə rəqib qapısına yol tapan komanda 37 top buraxıb.


Xatırladaq ki, avqustun 25-də keçiriləcək “Qarabağ” – “Qəbələ” oyununa saat 21:00-da start veriləcək.

05 Dekabr 2019
04 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB