TOP 10

Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

Dünya Futbolu
Tarix: 2019-08-25 09:11

Futbol üzrə Rusiya Premyer Liqasında 7-cı turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda son ölkə çempionu “Zenit”lə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.


Azərlə Turqay bu görüşün iştirakçısı olub. Əvvəlki turlarda meydana çıxan Əliyev bu dəfə ehtiyatda qalıb. Möhbalıyevin adı isə qarşılşmanın iştirak ərizəsinə daxil edilməyib.


“Ufa” 7 turdan sonra 10 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB