TOP 10

Kamal Bayramov nəticəni ədalətli hesab edir: "Rəqib futbolçu üstümdən tullanmasaydı, qayda pozuntusu ola bilərdi"

Futbol
Tarix: 2019-08-24 22:36

"Ardıcıl ikinci qələbəmizi qazandıq. Bizim üçün sevindirici haldı". Sport24.az xəbər verir ki, bu fikirləri"Səbail"in qapıçısı Kamal Bayramov Premyer Liqanın II turunda səfərdə "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra jurnalistlərə açıqlamasında söyləyib:

 

Təcrübəli qapıçı özünü görüşün qəhrəmanı saymır: "Bu qələbəni tək mən yox, bütün komanda qazandı. Oyunu bir futbolçu udmur. Sevinirik ki, 2-ci matçdan da 3 xalla ayrıldıq. Bu tempi saxlamağa çalışacağıq. Futbolda hər bir nəticə olmur və hamısına hazırıq".

 

Bayramov "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin hakimlik barədə səsləndirdiyi fikirlərə münasibət bildirmək istəməyib: "Hakimlik, rəqib komandanın rəhbərliyi haqda heç nə danışmaq istəmirəm. Düşünürəm ki, göstərdiyimiz oyuna görə ədalətli nəticə oldu".

 

Kamal oyunun ilk dəqiqəsində yaşanan mübahisəli epizoda belə şərh verib: "Topa sərt şəkildə getdim və rəqibə toxunmamağa çalışdım. Qayda pozuntusu olub-olmadığını demək üçün epizodun təkrarına baxmaq lazımdı. Hələ baxmamışam. Futbolçu üstümdən tullanmasaydı, qayda pozuntusu ola bilərdi. Ona sağ əlimlə cüzi toxunuşum oldu. Hakimin verdiyi qərara hörmətlə yanaşmaq lazımdır".

 

Matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə 2 dəfə penalti zərbəsinin qarşısını alan 34 yaşlı qapıçı özünü psixoloji cəhətdən buna hazırladığını deyib: "Belə hallar çox baş verir. Penaltini eyni adam eyni cinaha vurur. Nadir hallarda istiqaməti dəyişirlər. Hər iki halda eyni cinaha tullandım və zərbəni çıxardım".

 

Bayramov maaşla bağlı suala isə cavab verməyib: "Bu, barədə aidiyyatı olan şəxslərə, klub rəhbərliyinə sual verin".

 

 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB