TOP 10

Ağabala Ramazanov Sumqayıtda bəxtlərinin gətirməsini qəbul etdi: "Hakimlik haqda danışmaq mənim payıma düşmür"

Futbol
Tarix: 2019-08-24 22:07

"Ardıcıl qələbələr qazanmağımız bizim üçün sevindiricidi. Qol vurmağım fərdi göstəricidi. Ancaq ümumi komandanı götürəndə, kimin qol vurmağı önəmli deyil. Bu gün dubla imza atmışam, sevinirəm. Komandamızı qələbə münasibətilə təbrik edirəm". Sport24.az xəbər verir ki, bu fikirləri "Səbail"in futbolçusu Ağabala Ramazanov Premyer Liqanın II turunda "Sumqayıt"ı səfərdə 3:0 hesabıyla məğlub etdikləri matçdan sonra bildirib.

 

Avropa Liqasında 3 qol vuran, yeni çempionatda dublla bombardirlər siyahısında şərili liderliyə yüksələn 26 yaşlı hücumçu son vaxtlar yaxşı formadadı. Ramazanov bugünkü matçda bəxtlərinin gətirməsiylə razılaşır: "Ola bilər ki, belə də oldu. "Sumqayıt" zəif deyil, bu gün də onu sübuta yetirdi. İlk 20-25 dəqiqədə üstün futbol oynadı. Bugünkü oyun "Sumqayıt"ın gələcəkdə yaxşı olacağı ilə bağlı ümidlərin doğruluğunu göstərdi". 

 

Ramazanov baş hakim Vüqar Həsənlinin qərarlarını şərh etmək istəmədi: "Bu, hakimin qərarlarıdı, heç nə deyə bilmərəm. Qərar verər, ya verməz. bu, onun səlahiyyətində olan məsələdi. Hakimlik haqda danışmaq mənim payıma düşmür".

 

Ağabala millinin qarşıdakı matçlarından da danışıb: "İnşallah, dəvət gözləyirəm. Çətin qarşılşamalar olacaq. Millidə heç bir matçımız asan olmur". 

 

 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB