TOP 10

Obradoviç proqnoz vermədi: “Sevindiricidir ki, meydana çıxmaq şansı qazanan gənclər özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar”

Futbol
Tarix: 2019-08-24 16:34

Bu gün Sumqayıtda eyniadlı komandayla “Səbail” arasında görüşlə Azərbaycan Premyer Liqasının 2-ci turu start götürür. Sporr24.az qarşıdakı oyunlarla bağlı fikirlərini öyrənmək üçün U-21 yığmamızın baş məşqçisi Milan Obradoviçə müraciət etdi. 42 yaşlı mütəxəssis bu matçlara dair fikirlərini fərqli və ümumi təqdim etdi:

 

“Açıq deyim ki, mən oyunlara fərqli prizmadan baxıram. Məni hansısa komandanın sərgilədiyi futbol, əldə etdiyi nəticə yox, U-21 millisinə dəvət edə biləcəyim futbolçuların hansı formada olması maraqlandırır”. 

 

Serbiyalı mütəxəssis gənclər yığmasına potensial namizədlərin oyunundan razılığını gizlətmədi: “Sevindiricidir ki, meydana çıxmaq şansı qazanan gənclər özlərini ən yaxşı tərəfdən göstərməyi bacardılar. Doğrudu, əksəriyyəti limitə görə oynayırdı. Amma hesab edirəm ki, bu uşaqların hər biri limit olmasa da, əsas heyətdə yer almağa layiq futbol sərgilədilər. Fikrimcə, milliyə namizəd daha bir neçə futbolçu var ki, Premyer Liqada çıxış etməyə layiqdirlər. Sevindirici məqam budur ki, gənclərdən bəziləri qazandıqları şansdan maksimum yararlandırlar, özlərinə inamı hər epizodda ortaya qoydular”.

 

Bir halda ki, Obradoviç sırf U-21 prizmasından yanaşmaq istədi, onda milliyə namizədlərin fiziki durumuna da dəyər versin: “Buna birmənalı qiymət vermək olmaz. Çünki “Qarabağ” və “Neftçi”dəki uşaqlar artıq uzun müddətdir mövsümə başlayıblar, xeyli sayda oyunda iştirak ediblər. Söz açdığım iki komandayla yanaşı, digər avrokubok iştirakçıları olmuş  “Səbail”lə “Qəbələ” də mövsümə hazırlığı erkən başlamalı olublar və təbii ki, bu kollektivlərin futbolçularının fiziki durumu daha üstündür. Digər 4 komandadakı futbolçuların fiziki durumu isə təqribən eynidi”.

 

İkinci turda üz-üzə gələcək komandaların şansları barədə isə mütəxəssis belə danışdı: “Mövsünün lap əvvəlindəyik. İndi şanslar barədə fikir yürütmək çox çətindir. Burda psixoloji məqam az rol oynamır. Məsələn, qələbəylə, yaxud güclü rəqiblə heç-heçəyə başlamısansa, növbəti matçlarda daha inamlı olursan. Çox istəyərdim ki, 2-ci turda xeyli sayda gənc futbolçu meydanda olsun. Proqnozları isə daha 2-3 tur keçsin, mütləq verəcəm”.
 

 

 

CEYHUN ƏLİYEV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB