TOP 10

Region Liqası təmsilçisindən birdən-birə iki transfer və növbəti qələbə - FOTOLAR

Futbol
Tarix: 2019-08-24 18:00

Region Liqasının növbəti mövsümünə fəal iştirak edən "Ağsu Siti" heyətinə yeni futbolçular cəlb edib. Sport24.az xəbər verir ki, əyalət təmsilçisi Xəyal Quliyevi transfer edib.

 

180 sm boya malik 26 yaşlı sol cinah müdafiəçisi oynadığı klublar “Keşlə”, “Neftçi”, “Bakı-Lokomotiv”, “Şuşa-Qaradağ”, “Bakılı”, “Səbail”, “Xəzər”, “Baku FC” olub. 

Eyni boyda olan 23 yaşlı Əmrah Əliyev isə mərkəz müdafiəçisidi. Karyerasına AZAL-da başlayıb. Daha sonra 2 il “Neftçi”nin, 3 il də “Zirə”nin əvəzedici heyətində oynayıb. Bundan başqa, “Xəzər” və “Sabah”da da forma geyinib.

Xatırladaq ki, ağsulular yeni mövsümünə hazırlıq çərçivəsində yoxlama matçlarında qələbələri sıralayırlar. Növbəti məğlub edilən rəqib Saatlı “Araz”ı olub - 4:3. Bu oyunda daha çox yerli və baxışa dəvət edilən futbolçulara şans verilib. Komanda bugünlərdə daha 2 yoldaşlıq oyunu keçirəcək.

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB