TOP 10

"Linfild"in matçını təxirə saldılar - "Qarabağ"la Bakıdakı qarşılaşmaya görə

Futbol
Tarix: 2019-08-24 16:00

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan Şimali İrlandiyanın “Linfild” klubunun ölkə çempionatında “Uerronpoynt Taun”la bugünə nəzərdə tutulan III turun oyunu təxirə salınıb. Sport24.az xəbər verir ki, Şimali İrlandiya Futbol Federasiyasının müvafiq qərar verməsinə Belfast təmsilçisinin Azərbaycan çempionuyla növbəti həftə Bakıda keçiləcək oyunu səbəb olub.

 

Devid Hilinin komandası təmsilçimizlə cavab görüşünə daha yaxşı hazırlaşmaq məqsədilə daxili çempionatdakı matçın başqa vaxta keçirilməsi xahişi ilə yerli federasiyaya müraciət edib və müsbət cavab alıb. 
 

Xatırladaq ki, “Linfild” “Qarabağ” ilk görüşdə 3:2 hesabı ilə qalib gəlib. Təkrar görüş avqustun 29-u Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

 
22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB