TOP 10

Region Liqasında əcnəbi baş məşqçi - 3 illik müqavilə imzalanır

Futbol
Tarix: 2019-08-24 11:17

AFFA-nın uğurlu layihələrindən olan Region Liqasında yeni mövsümdə əcnəbi baş məşqçi çalışacaq. Sport24.az-ın əldə etdiyi məlumatına görə, Qubanın "Şahdağ" klubu "sükanı arxası"na türkiyəli İbrahim Uzuncanı gətirir. 

 

Bununla da vaxtilə - 2014/15 mövsümündə  "Bakı"nın Premyer Liqamızda baş məşqçisi olmuş 57 yaşlı mütəxəssis yenidən ölkəmizdə çalışacaq. Bu gün Azərbaycana gələn Uzunca ilə növbəti həftə müqavilə imzalanmaqla təyinatı rəsmən açıqlanacaq. Özü də qubalılar əcnəbi baş məşqçiylə 3 illik müqavilə imzalamağı planlaşdırır. "Şahdağ" baş məşqçi təyinatından sonra məşqlərə, seleksiya işlərinə, transfer çalışmalarına başlayacaq.

 

Xatırladaq ki, Quba "Şahdağ"ı bir mövsümlük fasilədən sonra yenidən Region Liqasında çıxış edəcək. Qusar "Şahdağ"ı isə ötən mövsüm yarışın finalınadək irəlilyərək həlledici matçda "Uğur"a 0:2 hesabıyla uduzub.   

 

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB