TOP 10

“Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

Futbol
Tarix: 2019-08-24 20:56

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.


Mövsümə qələbə ilə start verən “Sumqayıt” bu dəfə doğma meydanda “Səbail”lə üz-üzə gəlib. Həm Ayxan Abbasovun çalışdırdığı komanda, həm də paytaxt təmsilçisi ardıcıl ikinci qələbəsini qazanmağı hədəfləmişdi. 


Matçda hesabı penaltidən fərqlənən Ağabala Ramazanov açıb. Fasilədən dərhal sonra rəqibi əks-hücumda yaxalayan qonaqlar Şəhriyar Rəhimovun qolu sayəsində fərqi daha da artırıblar. 69-cu dəqiqədə isə Ağabala özünün ikinci, komandasının üçüncü qolunu vurmaqla hesabı darmadağın həddinə çatdırıb. Sumqayıtlılar əlavə vaxtda penaltidən hesab arasındakı fərqi azaltmaq şansı əldə etsələr də, bundan yararlana bilməyiblər.


Azərbaycan Premyer Liqası
2-ci tur

24 avqust


Sumqayıt - Səbail 0:3
Qol: A.Ramazanov, 10-pen; 69. Ş.Rəhimov, 51.
"Sumqayıt"ın futbolçusu Əmir Ağayev 90+7-ci dəqiqədə penaltidən yararlana bilməyib - qapıçı
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Namiq Bəkirov.
“Sumqayıt Arena”, 19:00.


Sumqayıt: 1. Mehdi Cənnətov, 22. Sərtan Taşqın, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 4. Şəhriyar Əliyev, 14. Elvin Bədəlov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 70. Mehdi Şərifi, 44. Elvin Cəfərquliyev, 28. Səbuhi Abdullazadə.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 9. Amil Yunanov, 2. Rail Məlikov, 11. Elgün Nəbiyev, 97. Xəyal Nəcəfov, 7. Ehtiram Şahverdiyev, 25. Baxşəli Baxşəliyev, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 85. Kamal Bayramov, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 7. Fəhmin Muradbəyli, 32. Elvin Yunuszadə, 22. Mirabdulla Abbasov, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 8. Yevgeni Koçuk, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 12. Daniel Bojinovski, 25. Elxan Əhmədov, 4. Eltun Yaqublu, 17. Elçin Rəhimli, 26. Kamal Qurbanov, 9. Mirsahib Abbasov, 88. Orxan Qurbanlı, 5. Vüqar Bəybalayev, 6. Maykl Esyen, 23. Murtazəli Abakarov, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.


Turun digər oyunları: 25 avqust (“Sabah” – “Keşlə”, “Qarabağ” – “Qəbələ”). 26 avqust (“Zirə” – “Neftçi”).

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB